Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud münasibətlərə heç bir təsir göstərməyəcək. Bunu Trend-ə Milli Məclisin deputatı Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, Azərbaycan-Britaniya münasibətlərinə Aİ-Böyük Britaniya münasibətləri kontekstindən baxmaq düzgün deyil:
"Əlbəttə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması məqsədəuyğun addım deyil. Böyük Britaniyanın Aİ-dən çıxmasının İttifaqa müəyyən mənfi təsirləri olsa da, Azərbaycanla münasibətlərə mənfi təsiri ola bilməz”.
Deputat qeyd edib ki, Böyük Britaniya Azərbaycana ən böyük sərmayə qoyan ölkədir: