Qazaxıstanın Aktobe şəhərində terror aktı İŞİD terror təşkilatı liderinin tərəfdarlarına Ramazan ayı ərəfəsində bütün dünyada zorakılığa cağırışından sonra törədilib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlır naziri Yerlan İdrisov bəyan edib.
Y.İdrisov bildirib ki, hazırda ölkənin hüquq-müfahizə orqanları müvafiq işlər aparır və vəziyyətə nəzarət edir: "Biz vəziyyətə nəzarət edirik və digər ölkələrdən həmkarlarla əlaqədəyik. Ümid edirik ki, bir daha belə hadisələr baş verməyəcək".
Daha əvvəl Qazaxıstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Aktobe şəhərində antiterror əməliyyatı aparmaq üçün kifayət qədər güc və vəsait var.