ABŞ Dövlət Departamentinin bir qrup əməkdaşı Vaşinqtonu Suriya prezidenti Bəşər Əsədlə müharibəyə çağıran idarədaxili memo imzalayaraq ABŞ-ın Suriya siyasətinə qarşı çıxıblar.
"The Wall Street Journal” yazır ki, memonu ABŞ Dövlət Departamentində Suriya məsələsi ilə məşğul olan 51 orta və yüksək çinli rəsmi imzalayıb.
Müraciətdə atəşkəs haqqında razılaşmasının pozulması ilə əlaqədar Suriya rejiminin mövqelərinə təcili hərbi zərbələrin endirilməsinə çağırış edilir.
Müraciətdə Suriya məsələsində prezident Obamanın siyasəti, o cümlədən münaqişə tərəflərindən hər hansı birinə dəstəkdən imtina edilməsi tənqid olunur. Sənədin müəllifləri Vaşinqtonu mötədil müxalifətlə əlaqələri möhkəmləndirməyə çağırırlar.
ABŞ Dövlət Departamentindən sənədin mövcudluğunu təsdiq etsələr də, ölkənin birinci simaları onunla tanış olmayınca sənədin mahiyyəti barədə açıqlama verməkdən imtina ediblər.
Obama Administrasiyası Suriyada vətəndaş müharibəsinə birbaşa müdaxilə etməmək siyasəti yürüdür.
2001-ci ildə başlanan müharibədə 270 mindən çox insan həlak olub, milyonlarla adam evindən didərgin düşüb.