Ukrayna Ali Radası Konstantinopol arxiyepiskopu, patriarx Varfolomeyə müraciət edərək ondan Ukrayna pravoslav kilsəsinin müstəqilliyi barədə qərar qəbul etməsini istəyib.
APA-nın "lenta.ru” ya istinadən verdiyi xəbərə görə, müraciətdə 1686-cı ildə qaydalara zidd şəkildə Kiyev kilsəsinin Moskva patriarxlığına bağlandığı bildirilir: "2014-cü il hadisələrindən sonra Ukrayna artıq Rusiyanın nə siyasi, nə də dini müstəmləkəsi olacaq”.