Malayziyanın Mülki Aviasiya Departamenti (MAD) ölkədə yerli "Rayani Air" aviaşirkətini bağlayıb. Bu barədə Trend AFP-ya istinadən xəbər verir. MAD "Rayani Air" ilə bağlı araşdırmaya aprel ayından başlayıb. Aviaşirkətiin xidmətlərindən istifadə edən sərnişinlər "Rayani Air"-də uçuşların gecikməsi və son dəqiqədə reyslərin ləğv edilməsindən şikayət edirdilər.
Şikayətlərin nəticəsi kimi aviaşirkətin lisenziyası alınıb. MAD-ın rəhbəri Əzharuddin Abdulla Rəhman bəyan edib ki, aviasahədə qayda və təhlükəsizlik mühüm əhəmiyyət kəsb etdiyindən "Rayani Air"-in fəaliyyəti dayandırılıb.