Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-ın Kentukki ştatına gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmaq qərarına gəlib.
APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, iyunun 9-da Luisvill şəhərində keçirilən cənazə namazına qatılan R. T. Ərdoğanın bu gün keçiriləcək dəfn mərasimində iştirakı nəzərdə tutulmuşdu. Lakin prezident cənazə namazından sonra fikrini dəyişib və Luisvilldə Ahıska türklərinin verdiyi iftar yeməyində iştirak etdikdən sonra Türkiyəyə qayıtmağı qərara alıb.