Rusiya Dövlət Başçısı Putin, AVRO-2016 çərçivəsində İngiltərə ilə oynayacaqları matçdan əvvəl bu ölkə sahillərinə bir hücum sualtı gəmisi göndərib.
Baki-xeber.com xəbər verir ki, bu hadisə İngiltərədə böyük hay-küyə səbəb olub.
Stary Oskol adlı sualtı hücum gəmisi, İngiltərə sahillərinə yaxın bir məsafədə Kral Donanmasını tərəfindən dayandırılıb. Raket və torpidolarla təchiz edilmiş sualtı gəmi Şimali dənizindən Manş dənizinə keçərkən görünüb.
Bununla bağlı ingilis mətbuatında yayılan şəkillərdə Rusiya sualtı gəmisi ilə İngiltərə gəmisinin bir-birinə nə qədər yaxınlaşdığı açıq görünür.
İngiltərə mətbuatı bu hadisəni şənbə günü keçiriləcək AVRO-2016 matçı əvvəli Putinin qəsdən tötətdiyi təxribat hücumu kimi qiymətləndirilir.