Sabah Tehranda İran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. APA-nın Tehran bürosunun məlumatına görə, Hüseyn Dehqan, Sergey Şoyqu və Fəhd Casim Əl-Fəricin iştirak edəcəyi görüşdə terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq.