Hillari Klinton Demokrat partiyasından prezidentliyə namizəd olmaq üçün yetərli səs toplayıb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, sabiq dövlət katibi 2383 partiya nümayəndəsinin səsini qazana bilib.
Demokrat partiyasından olan digər namizəd Berni Sandersi 1567 nümayəndə dəstəkləyib.