şənbə günü, 26 sentyabr 2026
     

Donbasda baş anti-Ukrayna üsyançısı Qərb mətbuatına Putin üçün xoş olmayan açıqlamalar verdi

Image


"The Guardian” qəzeti öz təbirincə deyilsə, Ukraynanın şərqindəki münaqişənin ən məşhur fiquru ilə müsahibə dərc edib. Qəzet xatırladır ki, Ukraynanın şərqindəki separatçı hərəkat 2014-cü ilin aprelində məhz İqor Strelkovun Slavyansk şəhərini işğal etməsi ilə başlanmışdı.

Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, məqalədə deyilir ki, Kiyevdə ona qanlı və qəddar müharibə canisi, Ukraynanın şərqini qarışdırmaq üçün Kremlin göndərdiyi agent kimi baxırlar. Rusiyada isə onu daha çox yerli üsyançı qüvvələri Kiyevin əleyhinə qaldırmış cəsur müharibə qəhramanı kimi tərənnüm edirdilər. Onu tez-tez Donetskədi qiymaçı qərargahının dəhlizlərində, Steçkin tapançasını taxta qoburunda gəzdirərkən göstərirdilər.

Lakin iki il sonra "The Guardian” qəzetinə özünün kiçik Moskva ofisində verdiyi müsahibədə Strelkov tamam başqa bir fiqur təsiri bağışlayır. Mülki geyimdə, bir az da dolğunlaşmış sifətli ilə...

"The Guardian” yazır ki, son həftələrdə Strelkov öz ritorikasının atəşini Kremlin özünə doğru yönəldib, "hərçənd indi onun sözlərini dəstəkləyəcək ordusu yoxdur”.

"Putin və çevrəsi bu yaxınlarda elə addımlar atıblar ki, bu demək olar qaçılmaz şəkildə sistemin çökməsinə gətirib çıxaracaq, - deyib Strelkov, - Biz bunun necə və nə vaxt baş verəcəyini hələ bilmirik, amma sistem çökəcək. Özü də tezliklə...”

"The Guardian” yazır ki, Ukraynadan deyilənə görə həddən-ziyadə məsuliyyət yaratdığna görə Rusiya hökuməti tərəfindən geri çağrılmış Strelkov özü üçün bir növ alatoranlıq zonasına daxil olub. Onu münaqişə zonasına qayıtmağa qoymurlar, dövlət televiziyalarında çıxışlarına imkan vermirlər.

Putinin Rubikonu

Məqalədə deyilir ki, iki il sakitcə yerində oturduqdan sonra, bir vaxtlar Rusiya uğrunda amalların rəmzi sayılan Strelkov ötən həftə prezident Vladimir Putini pisləyən bəyanat səsləndirərək yaxın gələcəkdə Rusiyada qiyam və qan axıdılması olacağının proqnozunu verib.

Əsl adı Girkin olan (Onun Strelkov ləqəbi ruscada "atıcı” sözündən götürülüb) Strelkov, inanır ki, Putin 2014-cü ildə son anda Qərblə əlaqələrin həmişəlik pozulacağından qorxaraq qətiyyətsizlik edib.

Radikal millətçi Strelkov inanır ki, Rusiya rusların yaşadığı bütün yerləri işğal etməliydi. O ukraynalıları başqa ləhcədə danışan ruslar hesab edir və düşünür ki, Putin Krımın işğalı ilə kifayətlənməklə ölümcül səhvə yol verib.

"O, Rubikonu keçdikdən sonra gözlənilmədən və məntiqsiz şəkildə dayandı. O geri çəkilmədi, amma irəli də getmədi. Onun heç bir ideyası yoxdur və o, sanki möcüzə gözləyir. O, bataqlığın ortasında ilişib qalıb” – deyib Strelkov.

Tarix tələbəsi olmuş və özünü bolşeviklərə qarşı mübarizə aparmış ağqvardiyaçı zabitlərə bənzədən Strelkovun adı, Ukraynadakı müharbə oynadığı rola görə beynəlxalq sanksiyalar siyahısına salınıb.

Ötən həftə Polşa millət vəkili Małgorzata Gosiewska Strelkovun iddia olunan hərbi cinayətləri barədə hesabatı Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsinə təqdim edib.

Məhkəməsiz güllələmirdi...

Strelkov adamları qarətçiliyə görə güllələtdiyini danmır, amma israr edir ki, o, müharibə zamanına aid sovet qanunlarına uyğun hərəkət edib.

"Mən yeganə adamam ki, eləcə güllələmirdim, əvvəlcə məhkəmə qururdum. Bu hakimlərdən ibarət üçlük idi. Burda hərbi prokuror və vəkil də olurdu. Əlbəttə, səhv hökmlər də olub, - deyib Strelkov, - Hərbidə sərt intizam və ədalətin cəzalandıran qılıncı olmadan vəziyyətə nəzarət etmək çətindir. Mən komandan olanda belə şeylər olmurdu. Hər bir əsgər bilirdi ki, cinayət törətsə, bir düşmən kimi, bəlkə ondan da ciddi mühakimə olunacaq. Bu intizam yaradılamasına çox kömək edirdi”.

"The Guardian” yazır ki, Strelkovun Ukraynadakı hərəkətlərinə Kremlin nə dərəcədə nəzarət etdiyi aydın deyil. Krımın Strelkovun da iştirak etdiyi ilhaqında Rusiyanın hərbi əməliyyatı yaxşıca ölçülüb-biçilmişdi. Lakin bəziləri düşünürlər ki, Strekov Krımdan Ukraynanın şərqinə atılandan sonra daha çox özfəaliyyətlə məşğul olmağa başlayıb.

"The Guardian” müxbiri ehtimal edir ki, onun Kremllə əlaqələri olub, lakin fəal şəkildə yönləndirilməyib.

Qəzet yazır ki, Strelkov 1990-cı illərdə Dnestryanıda və Bosniyada könüllü kimi döyüşüb, hər iki Çeçen müharibəsində Rusiya FTX-sinin zabiti kimi xidmət edib. O, iddia edir ki, həqiqi xidmətdən "şəxsi münaqişə zəminində” tərxis olunub, lakin bunun detallarını açmır.

O etiraf edir ki, Ukraynanın şərqində daha çox müstəqil fəaliyyət göstərib və Moskvadakı bütün kontaktlarından Rusiyanın genişmiqyaslı müdaxiləsini tələb edib, lakin tezliklə başa düşüb ki, bu baş verməyəcək.

Rusiya Ukraynanın şərqindəki münaqişədə iştirakını indiyədək danır, elə Strelkov da müxbirə özünün nəticə çıxarmasını məsləhət görüb.

"The Guardian” yazır ki, münaqişənin əsas məqamlarında Rusiyanın nizami qüvvələrinin Ukrayanaya müdaxilə etməsinə dair tutarlı dəlillər var. Bəzi qiyamçı mənbələr bildirirlər ki, elə ipə-sapa yatmayan Strelkovun geri çağrılması da Moskvanın ukraynalıların darmadağın edildikləri İlovaysk döyüşündən əvvəl dəstək qüvvələri göndərməsi üçün şərtlərindən biri olub.

Bolşeviklərə 1 faizin dəstəyi kifayət etmişdi

"The Guardian”ın məqaləsində deyilir ki, 2014-cü ilin avqustunda Ukraynadan geri çağırıldıqdan bəri Strelkovun adı "stop siyahısına” salınıb. Bu siyahıya televiziya efirindən məhrum edilən müxalifətçilər salınır.

"Mən onlar üçün başağrısıyam. Bilmirlər mənimlə nə etsinlər. Mən qəhrəmanam, yoxsa terrorçuyam? Onlar məni həbs edib türməyə sala bilmirlər, çünki bu Qərbin qarşısında baş əymək olardı. Digər tərəfdən mənə qiymət də verə bilmirlər. Odur ki, mən çox qəribə bir vəziyyətdə qalmışam” – deyir Strelkov.

O deyir ki, hətta onunla görüşüb danışmaq istəyən jurnalistlər də az sonra təkrar zəng edib deyirlər ki, görüş alınmayacaq.

"Hakimiyyət hansı düşərgəyə mənsub olmalarından asılı olmayaraq müstəqil siyasətçiləri və adamları istəmir. Onlara heç müstəqil düşünən tərəfdarlar da lazım deyil” – deyir Strelkov.

"The Guardian” yazır ki, onun ötən həftə elan etdiyi manifest çox qarışıq sənəddir. Burada həm ifadə azadlığı kimi demokratik vədlər, həm də Rusiya torpaqlarının genişləndirilıməsinə çağıran imperiya ritorikası da var.

"Biz əhəmiyyətsiz qüvvə təsiri bağışlaya bilərik, amma 1917-ci ildə bolşeviklərə əhalinin 1 faizinin dəstəyi kifayət etmişdi” – yazır millətçi bloger Yeqor Prosvirnin. Sözü gedən deklarasiyanı Strelkovla yanaşı o da imzalayıb.

Məqalədə deyilir ki, Strelkov və onun millətçi blogerləri marginal fiqurlara bənzəyə bilərlər, lakin Rusiyanın özündə millətçilik qüdrətli güc kimi qalır.

Müxalifətçi Aleksey Navalnı bildirir ki, Kreml millətçilərdən qorxur, çünki onlar da hakimiyyətin imperiya ritorikasından istifadə edirlər.

Onun fikrincə, məhz bu səbəbdən də Rusiya həbsxanalarında, hətta Putini dəstəkləyən millətçilər də var.

"Onlar onun ayağını öpmək istəyəndə, ağızlarından təpik zərbəsi yeyiblər” – deyir Navalnı.

Bəziləri isə düşünürlər ki, Strelkov kimilər həmişəlik arxa planda qalacaqlar.

Strelkovun özü də heç bir seçkidə iştirak etmək fikrində olmadığını bildirib, amma düşünür ki. onun da vaxtı gələcək.

"Biz Vladimir Putini devirmək üçün inqilab planlaşdırmırıq, - deyib Strelkov, - Beş müharibədə iştirak etmiş birisi kimi mən, böyük şəhərlərdə hakimiyyətin və sosial strukturun çökməsinin nə demək olduğunu yaxşı bilirəm. Bunu içi mən, heç kim istəmir. Lakin təəssüf ki, bu, qaçılmaz ola bilər”.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar ödəməyi təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ