Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan xüsusi təyinatlılarının iştirakı ilə birgə təlimlər başlayıb. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib. Türkiyədə iyunun 5-də başlayan təlimlər ayın 12-nə qədər davam edəcək.
Təlimin məqsədi ölkələrin xüsusi təyinatlıları arasında təcrübə mübadiləsi və birgə hərəkət imkanlarının inkişafıdır.