İyunun 3-də Almaniyanın Ankaradakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Almaniya parlamentinin ermənilərin 1-ci dünya müharibəsi dövründə Türkiyədə "soyqırım”a məruz qalmasını tanıyan qətnaməyə qarşı çıxan aksiyaçılar səfirliyin binasına yumurta atıblar.
Onların əlində Almaniya əleyhinə şüarlar olub.
Qeyd edək ki, Almaniya parlamentinin aşağı palatası qətnaməni iyunun 2-də qəbul edib.