"İranın Həcc və Ziyarətlər təşkilatının nümayəndə heyəti Həccin təşkili məsələlərinə dair protokolu imzalamaqdan imtina etməsi səbəbindən öz vətəndaşlarının bu il Həcc ziyarətini yetirə bilməyəcəyinə görə öncə Allah qarşısında, sonra isə öz xalqı qarşısında məsuliyyət daşıyır”.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə bu ölkənin Həcc və Ümrə Nazirliyinin İranın Həcc və Ziyarətlər təşkilatının bu il öz zəvvarlarının ziyarət məsələlərinə dair protokolu imzalamaqdan imtina etməsi ilə bağlı bəyanatında deyilir.