ABŞ prezidenti Barak Obama "Taliban" hərəkatının rəhbəri Molla Axtar Məhəmməd Mansurun öldürüldüyünü təsdiqləyib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
"Taliban" hərəkatının rəhbəri mayın 21-də ABŞ hərbçiləri tərəfindən Pakistanın Əfqanıstanla sərhəddindəki ucqar bölgəsində hava zərbəsi zamanı ölüb.
B.Obamanın xüsusi açıqlamasında deyilir ki, ABŞ bundan sonra da ekstremist təşkilatlara qarşı yönəlmiş tədbirləri davam etdirəcək.