Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova ASEAN ölkələrinin Soçi sammitində "Kalinka” rəqsini edib. Bu, mətbuat üçün təşkil edilmiş təntənəli şam yeməyində baş verib.
Rusiya agentliklərinin məlumatına görə, sammiti müxtəlif ölkələrdən 850-ə yaxın jurnalist işıqlandırır.
Zaxarova onlar üçün rus xalq rəqsi olan "Kalinka”nın öz versiyasını oynayıb. Onu Krasnodar filarmoniyasının "Adajio” kvarteti müşaiyət edib.
Zaxarova TASS agentliyinə bildirib ki, jurnalistlərə sevimli rəqsini ifa edəcəyini vəd edibmiş və sözünün üstündə durub.