Parisdə polisin amansızlığına qarşı çıxan etirazçılar polis maşınını yandırıblar. Maşının içərisində olan polis əməkdaşları qaça bilib.
İnsident Parisin mərkəzi küçələrindən birində, polislərin mitinq keçirmək istədikləri yerin bir neçə yüz metrliyində baş verib.
Hüquq-mühavizə orqanlarının əməkdaşları əmək məcəlləsində düzəlişlərə qarşı çıxan aksiyaçılarla hər gün baş verən toqquşmalara etiraz bildirmək istəyirmişlər.
Aksiyaçılar polis maşınının içərisinə tüstü bombası atıblar.
Mayın 18-də dəmiryolçular və liman işçilərinin keçirdiyi nümayiş nəticəsində qatarların hərəkəti və Böyük Britaniya ilə bərə əlaqəsi kəsilib.
Həmkarlar ittifaqları 1 həftədir ki, bütün ölkə boyu etiraz aksiyaları keçirirlər.
Onlar prezident Fransua Ollanddan əmək məcəlləsinə edilmiş düzəlişlərin ləğvini tələb edirlər.
Yeni düzəlişlər işçilərin çıxarılmasını asanlaşdırır.
Bundan başqa iş saatının artırılması, artıq saata görə isə təzminatın azaldılması nəzərdə tutulur.
İslahatları prezident Fransua Olland təklif edib. Amma o güzəştə getmək fikirində deyil.
Son həftələr baş verən toqquşmalarda 300-dən çox polis yaralanıb.