Ukrayna rəsmi şəkildə türk şirkətlərinə ölkənin qərbində yerləşən qaz anbarlarından istifadə etməyi təklif edib.
"APA-Economics"in Türkiyənin "Akşam" qəzetinə istinadən verdiyi xəbərə görə, Ukraynanın Ankaradakı səfiri Sergey Korunskiy deyib ki, hələlik bununla bağlı rəsmi anlaşma olmasa da, Ukraynanın "Naftoqaz" şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında danışıqlar davam edir: "Türkiyədən gələn mütəxəssislər artıq anbarlarımızla tanış olub".