ABŞ prezidentliyinə namizəd Donald Tramp hazırkı prezident Barak Obamanın onun seçkiqabağı kampaniyası ilə bağlı tənqidlərinə münasibət bildirib. APA-nın "lenta.ru” ya istinadən verdiyi xəbərə görə, o, "twitter” səhifəsində Barak Obamaya "cahillik üstünlük deyil” ifadəsini xatırladıb. "Nə siyasətdə, nə də həyatda cahillik üstünlükdür. Obama ABŞ tarixinin ən pis prezidentidir ” - deyə, Tramp qeyd edib.
Xatırladaq ki, Barak Obama mayın 15-də Nyu Cersidəki Ratqresk universitetində çıxışı zamanı ABŞ sərhədlərində hasarların hörülməsi barədə təklifləri, ölkəni yenidən əzəmətli etməklə bağlı çağırışları tənqid edib. Prezident konkret olaraq bu təşəbbüslərin müəllifinin adını çəkməsə də, bu təklifləri Trampirəli sürüb.