Rusiya əhalisinin 26 faizi Dağlıq Qarabağı müstəqil dövlət, 11 faizi Azərbaycanın, 13 faizi isə Ermənistanın tərkib hissəsi kimi qəbul edir. APA-nın "izvestia.ru” ya istinadən verdiyi xəbərə görə, bu barədə İctimai fikrin öyrənilməsi Ümumrusiya mərkəzinin keçirdiyi son sorğunun nəticələrində deyilir.
Respondentlərin 44 faizi hesab edir ki, Rusiya bu münaqişədə qanlı toqquşmaların baş verməməsi üçün vasitəçi kimi çıxış etməlidir. 36 faiz isə düşünür ki, Rusiya neytral mövqe sərgiləməlidir.
Rəyi soruşulanların 4 faizi bu münaqişədə Ermənistan və separatçı Xankəndi rejiminin rəhbərliyini, 2 faizi isə Azərbaycanı dəstəkləməyi məqsədəuyğun olduğunu açıqlayıb. Respondentlərin 71 faizi münaqişənin sülh yolu ilə həllinin mümkün olduğunu düşündüyü halda, 15 faiz bunun mümkünlüyünə inanmır.