Yeni London meri Sadiq Xan Donald Trampın ABŞ-a dəvətini rədd edib. Bundan əvvəl bütün müsəlmanların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edən Tramp Sadiq Xanı istisna etməyə hazır olduğunu bildirib.
Amma müsəlman və əslən pakistanlı olan London meri bunu rədd edib: "Donald Trampa demək istəyirəm ki, mənə görə heç bir istisna lazım deyil. Bundansa islama münasibətinə yenidən baxsın”, London meri deyir.
Sadiq xanın fransalı həmkarı, Paris meri Ann İdalqo da bazar ertəsi Londona səfəri zamanı Trampın kəskin tənqid edib: "Cənab Tramp sadəcə axmaq, kütdür. Müsəlmanlar, katoliklər, ateistlər-məsələn bax mən ateistəm, hamımız yanaşı yaşayır, öz işimizlə məşğuluq. Cənab Tramp isə kütdür, Allah göstərməsin”.
Sadiq xan bundan əvvəl "Taym” jurnalına müsahibəsində ABŞ-a getmək və təcrübə almaq üçün Nyu-York və Çikaqo merləri ilə görüşmək istədiyini bildirib, amma qeyd edib ki, əgər seçkilərdə Trump qalib gəlsə nəqədər ki, ABŞ-a giriş qadağan edilməyib, tələsməli olacaq.
Qeyd edək ki, Donald Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə əsas namizəd hesab olunur.
Seçki bu ilin noyabrında keçiriləcək.