Səudiyyə Ərəbistanı 2016-cı ildə neft hasilatını artırmağı və dünya bazarında öz mövqeyini möhkəmləndirməyi planlaşdırır. "APA-Economics" xəbər verir ki, bu barədə dövlət şirkəti olan "Saudi Aramco Oil Co."-nun rəhbəri Amin Nasser deyib.
A. Nasser qeyd edib ki, qarşıdan gələn həftələr ərzində şirkət "Shaybah" yatağında hasilatı 33% artıraraq sutkada 1 mln. barrelə çatdırmaq niyyətindədir.