"İran bölgənin kütləvi qırğın silahlarsız bir bölgə olmasını istəyir”. APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari bunu bu gün keçirdiyi həftəlik konfransda deyib.
H.Cabiri Ənsari deyib ki, İranın kütləvi qırğın silahlarla bağlı siyasətinin dəyişməzdir: "İran bütün beynəlxalq toplantılarda bu məsələni gündəmə gətirib. Kütləvi qırğın silahları ölkələr üçün heç bir hədəfi təmin etmir. Ölkələr və xalqlar üçün təhlükəsi xeyrindən daha çoxdur. Buna görə də İranın kütləvi qırğın silahlarla bağlı siyasəti dəyişməzdir və regionun kütləvi qırğın silahlardan təmizlənməsini istəyir”.