Türkiyə Baş naziri Əhməd Davudoğlunun AKP liderliyindən istefa verdiyi yığıncaqda Konya millət vəkili Mustafa Baloğlu və məsləhətçisi Kərim Özkul gözyaşlarına hakim ola bilməyib.
Qeyd edək ki, Davudoğlu baş naziri vəzifəsinə də namizəd olmayacağını bildirib.
Hökumət Kabinəsindən yalnız Yalçın Akdoğan və Lütfi Elvanın qatıldığı bugünkü mətbuat konfransında sözügedən qərarı xatırladan Davudoğlu, "razılaşma olmadığı yerdə namizəd olmağı düşünməm. Konqresdə namizəd olmağı düşünmürəm. 22 Maydakı konqresdə namizəd olmayacağam" deyə bildirib.
Davudoğlunun qərarının ardından millət vəkili Mustafa Baloğlu gözyaşlarına hakim ola bilməyib.