ABŞ-da həbs olunan türkiyəli iş adamı Rza Zərrabın İrana veriləcəyi iddia edilir.
Baki-xeber.com Türkiyənin "Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Rza Zərrabın hökm oxunduqdan sonra İrandakı amerikalı məhbuslarla dəyişdirilməsilə bağlı hazırlıqlar gedir.
ABŞ-ın başda 9 il əvvəl İranda itən və CIA üçün çalışdığı bildirilən keçmiş FBI agenti Robert Levinson olmaqla, çox məhbusu İrandan almaq istədiyi bildirilir və Zərrabın amerikalı məhkumlarla mübadilə edilə biləcəyi iddia edilir.