ABŞ prezidenti Barak Obamanın Almaniya səfəri öncəsi Hannoverdə minlərlə insan küçələrə çıxıb. Nümayiş iştirakçıları ABŞ-la AB arasında imzalanması planlaşdırılan sərbəst ticarət razılaşması etiraz edir.
Baki-xeber.com xəbər verir ki, Obamanın sabah Almaniya baş naziri Angela Merkellə bir araya gələcəyi Hannover şəhərində keçirilən nümayişə müxtəlif təşkilatlarla yanaşı qeyri-hökumət təşkilatları və müxalifət partiyaları da dəstək verir.
Opera Meydanında toplaşıb şəhərə doğru yürüş edən nümayişçilər, şüarlarla AB ilə ABŞ arasında müzakirələri davam etdirilən Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı Razılaşması (TTIP) və AB ilə Kanada arasında planlaşdırılan Əhatəli İqtisadi və Ticarət Sazişinə (CETA) etiraz etdi.
Almaniyanın müxtəlif bölgələrindən Hannoverdə gələn aktivistlər "TTIP və CETA rədd ol!”, "Demokratiyanı qoruyun, TTIP-i dayandırın”, "Kim gizli müzakirə aparırsa, yalan söyləyir', "Adil bir ticarətə, hüquqlara, standartlara bəli, TTIP-ə xeyr” şüarları səsləndiriblər.
Hannoverdəki nümayişin təşkilatçıları aksiyaya təxminən 90 min adamın qatıldığını, polis isə 35 min adamın aksiyaya qoşulduğunu deyib.