ABŞ və bu ölkənin Fars körfəzi hövzəsində yerləşən tərəfdaş ərəb ölkələri neftin qiymətləri ilə bağlı dialoq aparacaq. "APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə Ər-Riyadda səfərdə olan ABŞ prezidenti Barak Obama bildirib.
"ABŞ Fars körfəzi hövzəsində yerləşən ərəb ölkələri ilə ən yüksək səviyyədə dialoqa başlayacaq. Dialoqun əsas mövzusu aşağı neft qiymətlərinə adaptasiya olacaq", - deyə prezident qeyd edib.
ABŞ lideri əlavə edib ki, dialoq çərçivəsində həmçinin islahatların dəstəklənməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.