Qətərin sabiq baş naziri Hamad bin Casim bin Cabir əl Sani Suriyada 2011-ci ildə başlayan böhranla əlaqədar maraqlı açıqlama verib.
danışan keçmiş nazir "Sizə bir şeyi deyəcəyəm və cox güman ki, bunun ilk dəfə söyləyirəm: Suriya böhranına başladığımızda, prosesləri Qətərin idarə edəcəyinə dair yaşıl işıq almışdıq. Çünki Səudiyyə Ərəbistanı liderlik etmək istəməmişdi" - deyə keçmiş nazir "Financial Times”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vəziyyət daha sonra dəyişib: "Daha sonra siyasətdə dəyişiklik oldu, amma Səudiyyə Ərəbistanı bizi arxa kresloda görmək istədiyinə dair bizi məlumatlandırmadı. Rəqabət başa çatdı, ancaq bu normal addım deyildi".
Hamad bin Casiyə ABŞ prezidenti Barak Obamanın Ərəb ölkələrini tənqidlərinə də münasibət bildirb: "Hər kəs Obamaya təşəkkür etməlidir. Bunun üçün Obamanı günahlandırmıram. Biz ərəblər, Amerikaya etibarlı müttəfiqlər olduğumuzu isbat edə bilmədik".