Türkiyə 1915-ci il hadisələrini "erməni soyqırımı" qismində heç vaxt tanımayacaq. Buna görə də Ankara Avropa Parlamentinin 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq çağırışlarına heç bir əhəmiyyət vermir. Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Prezident Administrasiyasında hesab edirlər ki, Avropa Parlamentinin Türkiyəyə bu çağırışı təxribat xarakteri daşıyır.