İtaliyada aparılan bir istintaq araşdırması mafiya ilə İŞİD-in əlaqəsini ortaya çıxarıb. Məlumata görə, İtaliya mafiyası narkotik ticarətində İŞİD-in Liviyadakı qolu ilə əməkdaşlıq edir.
Baki-xeber.com xəbər verir ki, hələlik ictimaiyyətə açıqlanmayan istintaqın detalları barədə "Reuters” xəbər agentliyinə danışan prokuror Franko Robert, İtaliya mafiyası ilə İŞİD-in Şimali Afrikada narkotik qaçaqmalçılığında birlikdə çalışdığını deyib. Prokuror İŞİD-in İtaliya mafiyasının daxil olduğu narkotik ticarətində Liviya qoluna nəzarət etdiyini bildirib.
Şimali Afrikadan gələn narkotikin Mərakeş, Əlcəzair və Tunis üzərindən İŞİD-in Liviyada nəzarət etdiyi sahələrə gətirilərək, buradan Tobruk şəhərinə daşındığı bildirilir.
Prokuror onu da qeyd edib ki, İtaliya mafiyası narkotik ticarətindən ildə 36 milyard dollar qazanır.