Ermənistan əhalisinin 76 faizi gün ərzində 5 dollardan az xərcləyir ki, bu da yoxsulluq səviyyəsi deməkdir. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dünya Bankının hesabatında deyilir.
Dünya Bankında gün ərzində 5 dollardan az xərcləyən şəxslər yoxsul hesab edilir.
Dünya Bankı yoxsulluq səviyyəsini iki ayrı göstərici əsasında təqdim edir - birincisi, gün ərzində 2,5 dollar xərcləmə və ikincisi isə 5 dollar xərcləmə.
2,5 göstərisici üzrə Ermənistanda yoxsulluq səviyyəsi 2014-cü ildə 26 faiz təşkil edib.