çərşənbə günü, 11 noyabr 2026
     

Baltik dənizində Rusiya və ABŞ arasında hərbi gərginliyin dərəcəsi qalxdı...

Image


Son günlərdə Baltik dənizində Rusiya və ABŞ arasında hərbi müstəvidə baş verən insidentlərin sayı sürətlə artır. Artıq belə fikirlər də səslənir ki, hadisələrin gedişi tərəflərin bir-birinə qarşı hərbi əməliyyatlara başlamasını tezləşdirə bilər. Bu arada Pentaqon məlumat yayıb ki, Baltik dənizində Rusiyanın döyüş təyyarələri kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsinə aqressiv münasibət göstərib. Məlumatda deyilir ki, ABŞ təyyarəsi Rusiyanın hava ərazisinə daxil olmayıb.
Ancaq Rusiyanın döyüş təyyarələri nizamsız və aqressiv şəkildə Amerika ordusuna aid təyyarənin 15 metrliyinə qədər yaxınlaşıb. Amerika rəsmiləri baş verənlərin təhlükəli olduğunu bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl də Rusiyanın Baltik donanmasının "Su-24M/MR" bombardmançı-kəşfiyyatçıları Amerikanın "Donald Cook" eskadra minadaşıyanı ətrafında dövrə vurub. Ağ Evin nümayəndəsi Coş Ernest Vaşinqtonda brifinq zamanı bəyan edib ki, ABŞ aministrasiyası Rusiya qırıcılarının Baltik dənizində Amerikanın eskadra minadaşıyanı "Donald Cook" ətrafında dövrə vurmalarından xəbərdardır və bunu hərbi davranış qaydalarına müvafiq hesab etmir: "Bu, beynəlxalq su və hava məkanında bir-birinə yaxın məsafədə yerləşən hərbi qüvvələrin peşəkar normalarına müvafiq deyil". Daha öncə ABŞ silahlı qüvvələrinin Avropa komandanlığı Rusiyanın qeyri-peşəkar və təhlükə doğuran hava manevrlərinə dair dərin narahatlığını bildirdiyi ilə bağlı bəyanat vermişdi: "Bu əməliyyat lazım olmadığı halda ölkələr arasında gərginliyi artıra və insanların yaralanması və ölümü ilə bitən hadisələrin meydana gəlməsinə gətirib çıxara bilər". Dövlət katibi Con Kerri isə deyib ki, ABŞ hərbçiləri Baltik dənizindəki hərbi gəmilərdən birinə çox yaxın uçan rus təyyarələrini vurmaq hüququna malik olsa da, bunu etməyib: "Bu düşüncəsizlikdir. Bu təxribatdır. Bu qorxuludur. Həm də hərbi əməliyyatların aparılma qaydalarına görə onlar səmada vurula bilərdi". O əlavə edib ki, ABŞ açıq dənizdə kiməsə hədə-qorxu gəlmək istəmir və bu cür təhlükəli jestlə bağlı Rusiyaya mesaj göndərilib. Lakin bütün bunlardan sonra Rusiyanın döyüş təyyarələrinin kəşfiyyat uçuşu həyata keçirən ABŞ təyyarəsinə aqressiv münasibəti tərəflərin uzlaşmasını ciddi sual altına alır. İsveçin müdafiə naziri Mixael Bayden isə hesab edir ki, baş verənlər fonunda Baltik dənizində ABŞ ilə Rusiya və beləliklə, Rusiya ilə NATO arasında müharibə başlaya bilər. Onun sözlərinə görə, bölgədə NATO və Rusiya hərbi gücünü artırmaq istiqamətində sürətli addımlar atmaqdadır: "Buna görə də bölgədə NATO-Rusiya müharibəsi gözləniləndir. Bu, bölgə ölkələri ilə yanaşı, İsveçə də təsir edəcək. Müharibə Rusiyanın təşviqedici addımlarına görə başlaya bilər. Son dövrlər Baltik dənizi üzərində uçuşlar edən Rusiya təyyarələri İsveçə qarşı təhlükəli manevrlər edirlər. Bunu qəbul etmək çətindir. Niyə belə etdiklərini də anlaya bilmirik".
Onu da qeyd edək ki, Ukrayna hadisələri fonunda Baltikyanı ölkələrdə hərbi büdcənin artırılması istiqamətində çağırışlar edilir. Ukraynadan sonra Rusiyanın növbəti hədəflərindən birinin Baltikyanı ölkələr olacağı barədə narahatlıq ifadə olunur. Rusiya Dövlət Dumasının deputatı İlya Ponomaryov da bu günlərdə iddia etmişdi ki, Baltikyanı ölkələr Rusiyanın təcavüzkar xarici siyasətinin növbəti hədəfi ola bilər. Ponomaryov vurğulayıb ki, "hibrid müharibə" başlanacağı halda Rusiya diqqəti bu ölkələrdəki rusdilli əhaliyə yönəldəcək. Bu baxımdan deputat qeyd edib ki, Baltikyanı ölkələrdə belə əhali mövcuddur.
Bu durumda NATO Baltikyanı ölkələrə, həmçinin Şərqi Avropa və Cənubi Avropa dövlətlərinə Rusiyanın genişmiqyaslı müdaxiləsindən ehtiyat edir. Bununla əlaqədar olaraq Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Bolqarıstanda NATO-nun əlavə hərbi bölmələrinin yerləşdirilməsi planlaşdırılır. ABŞ Müdafiə Nazirliyi isə 2016-cı ildə Avropada güclərin genişləndirilməsinə 3,4 milyard dollar xərcləməyi planlaşdırır. Amerika məmurlarının sözlərinə görə, Avropada orduya ayrılan maliyyənin artırılması ABŞ-ın NATO-dakı partnyorlarına sədaqətinin nümayişi üçün nəzərdə tutulub.
Bu arada isə Estoniya ordusu ABŞ-dan "Javelin" tank əleyhinə raket kompleksləri alıb. Döyüş sursatlarının dəyəri 33 milyon dollar təşkil edir və çatdırılma ABŞ tərəfindən maliyyələşdirilib. Estoniyaya verilən "Javelin Block-1" tipli raketlər "Javelin"in əvvəlki modelləri ilə müqayisədə ən böyük sürətə və dağıdıcı gücə malikdir. İddialara görə, bu və digər addımlarla Rusiyanın mümkün hücumuna hazırlıq görülür.
Tahir TAĞIYEV






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ