Türkiyə Suriyada İŞİD-in nəzarətində olan Bap bölgəsindən raket atəşinə tutulub. Baki-xeber.com xəbər verir ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
İŞİD-in atdığı Katyuşa raketlərinin şəhər mərkəzindəki yaşayış əraziləri və boş sahələrə düşüb. Bundan dərhal sonra Türkiyə silahlı qüvvələri Suriya ərazisini top atəşinə tutub.
Raketlərin ikisi Abdullah Gül Bulvarı üzərindəki Dövlət Xəstəxanasının arxasında olan oksigen anbarı yaxınlığına düşüb. Hadisədən sonra xəstəxana təhlükəsizlik məqsədilə müvəqqəti olaraq boşaldılıb.
Raket mərmilərindən ikisi isə Yavuz Sultan Səlim Məhəlləsinə düşüb. Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban ölüb, 14 yaşlı şagird yaralanıb.
Ölənlərin suriyalı olduğu bildirilir.