İran Suriyadakı hərbi varlığını artırır. Bu barədə İngiltərənin "Financial Times” (FT) qəzeti yazır.
Xəbərdə Suriyada İnqilab Keşikçiləri və şiə silahlılarla hərbi varlığını davam etdirdiyi bilinən İranın 1979-cu ildə İran İslam İnqilabından sonra, ilk dəfə ölkə xaricinə nizamlı ordu göndərdiyi bildirilir.
İranın Suriyadakı hərbi varlığını artırmasına səbəb kimi isə Rusiyanın Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılması mövzusunda ABŞ-la gizli razılaşmaya getmə ehtimalı göstərilir.