Gürcüstanda radioaktiv maddə uran qaçaqmalçılığı ilə məşğul olan Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət dəstə saxlanıb.
Baki-xeber.com xəbər verir ki, Gürcüstan təhlükəsizlik qüvvələrinin paytaxt Tiflisdə keçirdiyi əməliyyat nəticəsində qeyri-qanuni yollarla uran (U238) satmağa hazırlaşan 3 gürcü və 3 erməni həbs edilib.
Dövlət Təhlükəsizlik Xidməti və Xüsusi Əməliyyat Dairəsinin birlikdə keçirdiyii əməliyyatda həbs olunan şəxslərin, əllərindəki uranı 200 milyon dollara satmağı planlaşdırdığı qeyd edilir.