Rusiyanın S-300 havadan müdafiə sistemlərinin ilk partiyası İrana çatdırılıb. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İranın XİN-in mətbuat katibi Hüseyn Cabiri Ənsari bildirib.
Xatırladaq ki, 2007-ci ildə imzalanmış sazişə əsasən, Rusiya İranı qırx S-300 PMU-1 tipli ZRK ilə təhciz edəcək. Müqavilənin dəyəri 800 milyon dollar təşkil edir. BMT-nin Təhlükəsizlik Şürasının qətnaməsi müqaviləni həyata keçirməyə qadağa qoydu. 2015-ci ilin aprelində Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə qadağa aradan götürüldü.