Ukraynada prezident Pyotr Poroşenkonun sərəncamı ilə ilk dəfə olaraq azərbaycanlı rayon icra başçısı təyin edilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, prezidentin sərəncamı ilə əslən Azərbaycandan olan, 1963-cü il təvəllüdlü Kamandar İsgəndər oğlu Bayramov Poltava vilayəti Velikobaqaçanski rayonunun icra başçısı təyin edilib.
Buna qədər Ukraynada azərbaycanlı rayon icra başçısı olmayıb.
K. Bayramov 1990-cı ildən Ukrayna vətəndaşıdır və Luqansk vilayətində bir sıra vəzifələrdə çalışıb. 2002-2006-cı illərdə Luqansk vilayət Radasının (parlament) yeganə azərbaycanlı deputatı olub. K. Bayramov Birləşmiş Ukrayna Azərbaycanlıları konqresinin üzvüdür, diaspor fəalıdır.