Ukraynada Rusiyapərəst separatçının qızının toyunda 2 ATƏT rəsmisinin şəkilləri internetdə yayılandan sonra ATƏT öz "təəssüfünü” bildirib.
Yayılmış şəkillərdə adı bildirilməyən ATƏT müşahidəçisi də var.
2015-ci ilin iyununda olan toy Rusiyapərəst separtçı Volodymyr Tomofeyevin qızı Anastasia Besedinanın toyudur. İştirak edənlər ATƏT müşahidəçisi və onun tərcüməçisidir. Fotoları Ukraynanın Hromadske TV-nin jurnalisti Yevhen Spirin yayıb.
ATƏT-in reaksiyası belədir: "ATƏT–in Xüsusi Monitorinq Missiyası təəssüf edir. Fotolar onların düzgün hərəkət etmədiyini aydın göstərir. Həmin şəxslər artıq monitorinq missiyasında deyillər”.