Avropa Birliyi ABŞ və Kanada vətəndaşlarına qarşı viza rejimi tətbiq edilməsinin mümkünlüyünə baxır.
Bu addım ABŞ-la Avropa Birliyi arasındakı münasibətləri korlaya bilər.
Çünki Brüssel hazırda Vaşinqtonla ticarət razılaşması ilə bağlı danışıqlar aparır.
Vaşinqtonla Ottava 2007-ci ildə Avropa Birliyinə daxil olan Rmunya və Bolqarıstan vətəndaşlarından viza tələb edir.
ABŞ həmçinin Polşa, Xorvatiya və Kipr vətəndaşlarından viza tələb edir.