ABŞ hesab edir ki, Suriya və Yəmən münaqişələrinin həllində İranın dəstəyinə ehtiyac var. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Bəhreyndə ABŞ-ın dövlət katini Con Kerri bəyan edib.
O deyib ki, "İranın ərəb dünyasındakı hərəkətləri" ABŞ-ı narahat edir: "Vaşinqton Tehranı regionda konfliktlərə təhrik etməməyə çağırır".
C.Kerri bildirib ki, ABŞ-ın Fars körfəzi ölkələri ilə strateji əlaqələri qurulub və birgə maraqları mövcüddur.
Qeyd edək ki, C.Kerri Fars körfəzi ölkələrinin XİN başçıları ilə regional problemlər və terrorizmə qarşı birgə mübarizə tədbirlərinin müzakirəsi üçün Bəhreyndə səfərdədir.