İsrail Ermənistanın Azərbaycana qarşı təcavüzünə lazımi qiymət verməli və Dağlıq Qarabağ münaqişəsinin hazırda kəskinləşməsi vəziyyətində rəsmi Bakını dəstəkləməlidir. Trend-in məlumatına görə, bu barədə İsrail Barukun "The Jerusalem Post"da dərc edilmiş məqaləsində deyilir.
Müəllif yazır ki, Qərbin regiondakı "açar" tərəfdaşı Azərbaycan insafsız müharibə aparan düşmənlə üzləşir: "Ermənistan eyni zamanda, kütləvi informasiya vasitələrini və ictimaiyyəti terrora məruz qoyur".
Məqalədə deyilir ki, erməni təbliğatçıları islamofobiyanın artmasından istifadə edərək ictimaiyyətin həqiqəti bilməməsinə çalışır: "Bu münaqişəni daim xristian ermənilər ilə müsəlman azərbaycanlılar arasındakı münaqişə kimi təqdim edən Ermənistan Qərbdə ictimai fikrin şəfqətini qazanmağa çalışır".