İŞİD terror təşkilatı London, Roma və Berlində terror aktları təşkil edə bilər. Trend Reuters-ə istinadən xəbər verir ki, bu, İŞİD tərəfindən yayılmış yeni videoçarxdan bəlli olur.
Çarxda deyilir: "Bu, dünən Parisdə olubsa, bu gün Brüsseldədir. Allah bilir, sabah harada olacaq. Ya London, ya Berlin, ya da Romada ola bilər".