Rusiya informasiya məkanında Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət Bakı üçün aşkar ağırdır, belə ki, ermənilərin maraqlarının Rusiya mediasına təsiri artıq çoxdan məlumdur və bu artır. Bunu Trend-ə "Şimal-Cənub" Politoloji Mərkəzinin eksperti Aleksandr Karavayev deyib.
Onun sözlərinə görə, Bakı baş verənlərə hazır deyildi: "Əgər Bakı bu hərbi kampaniyanın təşəbbüskarı olsaydı, informasiya baxımından ona hazırlaşardı. Yəqin Azərbaycanın Rusiyadakı səfirliyi müəyyən qərargah yaradaraq mətbuat üçün gündəlik brifinqlər təşkil edərdi".
Rusiya İslam Komitəsinin sədri Heydər Camal deyib ki, Rusiya KİV və televiziyasında yaranmış ab-hava Rusiya kulis arxasının erməni təcavüzünü dəstəkləməsini ortaya çıxarır.
H.Camal bildirib ki, həmin insanların elementar hiyləgərliyi çatmır ki, bunu gizlətsin: "Bu hadisələrin əsl müəllifi məhz Moskvadır. Onun vəzifəsi Ankaranı münaqişəyə cəlb edərək regionda fəaliyyət göstərmək imkanıdır".
H.Camal qeyd edib ki, hətta hər hansı obyektivlik oynamağa cəhd etməyən insanların sadəliyi və vasitəsizliyi heyrətləndirir.