Ermənilər Dağlıq Qarabağdan insanları təxliyə edirlər. Trend-in məlumatına görə, bu barədə "Exo Moskvı" radiosu xəbər verir.
Hər iki tərəfdən atışmalar səngimək bilmir, bu barədə jurnalist İlya Barabanov "Exo" radiosuna deyib. Onun sözlərinə görə, Qarabağda işğalçı administrasiyası belə bir münaqişənin gərginləşməsinə hazır olmayıb.
Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin cavab hərəkətləri erməni hərbçilərinin arasında təşvişə və orduda kütləvi itkilərə səbəb olub. Trend-in məlumatına görə, bu barədə Avrasiya xəbərlər agentliyi erməni KİV-lərinə istinadən bildirir.