Əslən Güney Azərbaycandan olan milyarder, martın 21-də ABŞ-da tutulan Rza Zərrabın adı ötən ilin 17-25 dekabr tarixlərində Türkiyədə rüşvətxorluq və korrupsiyaya başlamış əməliyyatlarla bağlı adı hallanır.
Milli.Az CNN-ə istinadən bildirir ki, ABŞ-ın Florida ştatındakı Mayami şəhərində R.Zərrabın tutulmasına sanksiya verən amerikalı prokuror Prit Bhararanın yaydığı açıqlamaya görə, istintaq Nyu-Yorkda davam edəcək.
P.Bharara Twitter-dəki mikrobloqunda yazıb: "Zərrab pulla zaminə buraxılmaqdan imtina edərək "Buyurun, ifadə verməyə hazıram, çəkinmirəm" dedi. O, bazar ertəsi Nyu-Yorkda hakim qarşısına çıxarılacaq".
R.Zərrabın pulla zaminə buraxılmaqdan imtina təki gözləniliməz qərarı onun istintaqla əməkdaşlıq etmək niyyətindən xəbər verə bilər.
33 yaşlı Rza Zərrab "İrana qarşı tətbiq edilən sankisyalara riayət etməyərək ABŞ-ı aldatmaq, bank saxtakarlığı ilə məşğul olmaq və çirkli pulları yumaq"da suçlanır.
R.Zərrabın xanımı, Türkiyənin məşhur müğənnisi Ebru Gündeş isə ABŞ-a, ərinin yanına yollanmaq fikrindən vaz keçib. O, bu ayın sonunadək Türkiyədə 9 konsert verəcək.