Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirtaş deputat toxunulmazlığından məhrum edilə bilər. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Bu gün Türkiyənin Ədliyyə Nazirliyi S.Dəmirtaş və HDP-nin digər deputatlarının toxunulmazlıq hüququndan məhrum edilməsi məsələsi üzrə parlamentə müraciət edib.