"İŞİD təhlükəsinin öhdəsindən gəlmək istəyiriksə, bu təhdidin ciddiliyini anlamalyıq. Avropa ölkələri terrorun təhlükəsini hələ də tam anlamır". Milli.Az bildirir ki, ABŞ-da rəsmi səfərdə olan və Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalının aparıcısı Kristian Amanpura müsahibəsində belə deyib.
Türkiyənin dövlət başçısının dediyinə görə, İŞİD-ə qoşulmuş minlərlə terrorçu Yaxın Şərqə Avropadan gediblər.