Türkiyə HQ Baş Qərargahı hərbçilər tərəfindən hərbi çevriliş hazırlanması barədə bir müddət öncə KİV-lər tərəfindən yayılmış informasiyaları təkzib edib. Trend-in məlumatına görə, bu barədə Baş Qərargahın saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, KİV-lər tərəfindən yayılmış bu informasiya həqiqəti əks etdirmir.