Avropadakı kəşfiyyat təşkilatlarına görə, İŞİD Avropada xüsusilə müsəlmanların sıx yaşadığı bölgələrdə 2012-ci ildə bu yana hazırladığı "yatan hüceyrələrini” hücumlar üçün hərəkətə gətirib.
Baki-xeber.com "Sputnik”ə istinadən xəbər verir ki, İŞİD-in 2012-ci il tarixli və 99 səhifəlik "Romadan qara bayraqlar” başlıqlı sənədində, Avropadakı üzvlərinə Suriyaya gedib hərbi təlim almaq və "yatan hüceyrələr” qurmaq təlimatı verdiyi bildirilirdi.
2015-ci ildə Avropa kəşfiyyatının əlinə keçən sənədə görə, Suriyada təlim görmüş "təcrübəli cihatçıların” Avropaya dönərək Qərb ölkələrində terror hücumları təşkil etməsi planlaşdırılırdı.
Sənəddə, bu terrorçuların Avropa kəşfiyyat xidmətlərinin gözləri qarşısında sürətlə Suriyadan ölkələrinə dönməsi və İŞİD lideri Əbu Bəkir əl-Bağdadiyə təlimatı ilə Avropada terror hücumlarına başlaması nəzərdə tutulurdu.
Avropa kəşfiyyatına görə, Paris və Brüssel hücumları, uzun müddətdir Qərbdə terror aktları planlaşdıran İŞİD-in Avropadakı "yatan hüceyrələrinin” oyandığını göstərir. Hücumlar sonra Avropanın yetərli kəşfiyyat əməliyyatları aparmamasını tənqid edən Beynəlxalq Radikallaşma Tədqiqatları Mərkəzinin direktoru Peter Neumann, Brüssel və bir çox Avropa ölkəsində, xüsusilə də qaçqınların sıx olduğu yerlərdə, iqtisadi bərabərsizlik və ayrı-seçkiliyin radikallaşma səviyyəsini daha da artdığına diqqət çəkir.