Suriyada qədim Palmira şəhərinin ən məşhur abidələri dağıdılıb və yaxud ciddi zədələnib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya muzeylər baş direktoratının rəhbəri Mamun Əbdülkərim bəyan edib.
"Palmiranın rəmzləri olan Bel məbədi (I əsr) və Baalşamin (II əsr) məbədi, Zəfər tağı, "Allat şiri” heykəli və bir sıra məqbərələr dağıdılıb. Bununla belə Roma imperiyası dövründə inşa edilən teatr, bir çox büstlər toxunulmaz qalıb. Bir çox alimlər düşünürdülər ki, terrorçular onları "qara bazara” çıxararaq satacaqlar”, deyə M. Əbdülkərim bildirib.
Yaxın zamanlarda Suriya mədəniyyət nazirliyi Palmiraya mütəxəssis qrupu göndərəcək. Onlar qədim abidələrin hazırkı durumunu qiymətləndirəcəklər.