İŞİD-ə qatılmaq üçün Suriya və ya İraqa gedib təkrar Avropaya qayıdanların sayı 2 min nəfərə çatıb. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Komitəsinin (Homeland Security Committee) hesabatında deyilir
Hesabatında bildirilir ki, terror təşkilatına dünyanın hər yerindən qatılanlar. Bildirilir ki, 120 ölkədən 38 min 200 yaraqlı İŞİD-ə qoşulub. Qərb ölkələrindən İŞİD-ə qatılanların sayı isə 6 min 900 nəfər olub. Ancaq hesabatda yaraqlıların İŞİD-ə hansı ölkələrdən qatıldıqları barıdı məlumat verilmir. İŞİD-ə qoşulmaq üçün Suriya və ya İraqa gedib təkrar Avropaya dönənlərin sayının isə 2 min nəfərə çatıb.
Bundan əvvəl CNN International açıqladığı bir hesabatda vətəndaşları İŞİD-ə qoşulan ölkələrin xəritəsinə də yer vermişdi. Burada həmçinin, Qərb ölkələrindən terror təşkilatına qoşulanların sayının 3 min 400 olduğu göstərilirdi. Ötən ilin sonunda Nyu York mərkəzli təhlükəsizlik araşdırma şirkəti Soufan Groupun yaydığı hesabatda isə bu rəqəm 5 min qeyd edilirdi. Hesabatda, 4 Avropa ölkəsindən terror təşkilatına 3 min 800 nəfərin qoşulduğu ifadə edilirdi. Belə ki, Fransadan 1800, İngiltərə və Almaniyadan 760, Belçikadan isə 470 radikal əhval-ruhiyyəli şəxsin İŞİD sıralarına qatıldığı bildirilirdi. İŞİD-ə qoşulan bu əcnəbi yaraqlıların isə 20 və bundan aşağı yaş qruplarından olduğu qeyd edilir.